Bakı. Trend:
Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdəTDT-nin mühüm nəticələrə nail olacağına əminəm.
Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıdakeçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərininsənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasınıngedişində bildirib.
"Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının12-ci sammiti keçirilib və Azərbaycan növbəti il üçün Təşkilatasədrliyi qəbul edib. Əminik ki, sədrliyimiz dövründə əməkdaşlığındaha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldəolunacaq", - deyə o bildirib.
Nazir qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsindədayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə dəinnovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarınainteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.
"Bu, türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasınıgücləndirmək baxımından mühüm addımdır", - deyə o əlavə edib.