AZ

“Netflix” Kennedilər haqqında serial çəkəcək


“Netflix” tanınmış iş adamı, diplomat və ABŞ-nin 35-ci prezidentinin atası Cozef Patrik Kennedinin həyatından bəhs edən serial çəkəcəyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Məlumata görə, “Kennedi” serialının ilk mövsümü ABŞ-nin Böyük Britaniyadakı səfiri və Qiymətli Kağızlar və Birja Komissiyasının sədri olduğu 1930-cu illərdən bəhs edəcək.
Serialda Cozefin özündən başqa, həyat yoldaşı Rouz və onların oğlu, 1963-cü ildə faciəvi şəkildə qətlə yetirilən gələcək ABŞ prezidenti, gənc Con Kennedi də diqqət mərkəzində olacaq.
Siyasətçinin obrazını “X-Adamlar” və “12 illik köləlik” filmlərindəki rolları ilə məşhur olan Maykl Fassbender canlandıracaq.
Seçilən
47
1
yeniavaz.com

2Mənbələr