AZ

Rafael Benitesin yeni iş yeri bilindi - SON DURUM

"Liverpul"un, "Çelsi"nin və "Real Madrid"in sabiq baş məşqçisi Rafael Benites karyerasını Yunanıstanda davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Xəbərə görə, ispaniyalı mütəxəssis "Panatinaikos"u çalışdırmağa əsas namizəddir. Mənbə Benitesin sözügedən klubla böyük ölçüdə anlaşdığını vurğulayıb. 65 yaşlı çalışdırıcı yaxın günlərdə Afinaya yollanaraq müqavilə imzalayacaq.

Xatırladaq ki, Benitesin son iş yeri ötən ilin martında tərk etdiyi "Selta" olub.

Mirağa

Seçilən
24
1
fanat.az

2Mənbələr