Olaylar.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Reyqan Fondu Kanadanın Ronald Reyqanın tariflər barədə neqativ çıxışını saxtakarlıqla tariflərə qarşı istifadə edib. Amma tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir", - Tramp bildirib.
Qeyd edək ki, Kanadanın Ontario ştatında 75 milyon dollar dəyərində reklam yayımlanacaq. Reklamda ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın 1987-ci ildə tariflərlə bağlı çıxışının audioyazısından istifadə olunur və o, bu çıxışda tariflərin uzunmüddətli perspektivdə təsirsiz olduğunu vurğulayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31