GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.
Bu barədə Globalinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır. Buna görə 25 oktyabr saat 00:00-dan etibarən yol tam bağlanacaq.
AAYDA-dan bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.