Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasındaqarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi iqtisadiinteqrasiyanın mühüm istiqamətlərindən birinə çevrilib.
Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıdakeçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərininsənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasınıngedişində bildirib.
“Ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiyaFondu türk dövlətləri tərəfindən yaradılmış ilk birgə maliyyəinstitutudur. Onun məqsədi üzv ölkələr arasında iqtisadiəməkdaşlığın möhkəmləndirilməsi, strateji sahələrə investisiyalarınartırılması və regional inkişafın dəstəklənməsidir”,- deyə ovurğulayıb.
Nazir əlavə edib ki, bundan əlavə, Azərbaycan Özbəkistan,Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondlarıyaradıb.
“Bu mexanizmlər ölkələrimiz arasında kapital axınlarınınartmasına, sənaye layihələrinin birgə maliyyələşdirilməsinə vəqarşılıqlı investisiya təşəbbüslərinin həyata keçirilməsinə şəraityaradır”,- deyə Cabbarov qeyd edib.