Qahirə, 24 oktyabr, AZƏRTAC
Livan Hökuməti Kiprlə dəniz sərhədlərinin müəyyənləşdirilməsi sazişini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu qərar Livan Prezidenti Cozef Aunun sədrliyi və Baş nazir Nəvvaf Salamın iştirakı ilə keçirilən iclasda qəbul olunub.
İclasda, həmçinin Livanın dəniz sularında yerləşən 8-ci blokda neft və qazın kəşfiyyatı və hasilatı üzrə sazişin beynəlxalq konsorsiuma həvalə edilməsi təsdiqlənib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə