AZ

Gürcüstanda keçmiş baş nazirdən milyon dollarlıq girov tələb olunur

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Giorgi Qvarakidze Prokurorluqda keçirilən brifinq zamanı məlumat verib. “Seçilmiş qətimkan tədbirinə əlavə olaraq, Prokurorluq təqsirləndirilən şəxsin Gürcüstan pasportunu hüquq-mühafizə orqanlarına təhvil verməsini və ölkədən çıxışına qadağa qoyulmasını tələb edir. Cinayət işi üzrə istintaq davam edir,” – deyə Baş prokuror qeyd edib. İttiham xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ilə bağlıdır. Məlumata görə, 17 oktyabr tarixində İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Partsxaladzenin və onlarla əlaqəli bir sıra şəxslərin evlərində axtarışlar aparılıb. Prokurorluq bildirib ki, əməliyyat zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda nağd pul müsadirə edilib. Bundan əvvəl Dövlət Korrupsiyaya Qarşı Mübarizə Agentliyi məlumat yayaraq, İrakli Qaribaşvilinin dindirildiyini, istintaqla tam əməkdaşlıq etdiyini və illərdir qanunsuz gəlir əldə etdiyini etiraf etdiyini açıqlamışdı.

 

Seçilən
48
Ajans.az

1Mənbələr