BAKI, 24 oktyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın görüşünə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Türkiyənin əhəmiyyəti yenidən bəlli oldu. İstənilən vaxt bu görüşü təşkil etməyə hazırıq. Budapeştdə görüşün baş tutmaması təəssüf doğurdu. İnanırıq ki, hər bir dialoq bu müharibənin dayandırılmasına töhfə verəcək. Biz əvvəlcədən bunun tərəfdarı olmuşuq, bu istiqamətdə çalışmışıq və ədalətli sülhün mümkünlüyünü açıqlamışıq.
Biz hər iki tərəflə yaxşı münasibətlərə malikik və hər iki tərəfin etimadını qazanmış ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və bu vəziyyətdən bəşəriyyətin xeyrinə istifadə etməyə qərarlıyıq”, - o qeyd edib.