ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tramp yolu” (Zəngəzur dəhlizi – red.) layihəsi Ermənistan və Rusiya arasında yüksək səviyyədə müzakirə olunur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandkaı səfiri Sergey Kopırkin deyib.
O, Ermənistan rəhbərliyinin layihənin detallarının sadəcə ABŞ-la müzakirə edildiyinə dair açıqlamasını xatırladıb:
“Doğrudur, İrəvan bu kimi bəyanatlar səsləndirir. Lakin istənilən halda, məsələnin Rusiya ilə müzakirəsi vacibdir. Moskva real sülhə, vəziyyətin sabitləşməsinə və regionun çiçəklənməsinə aparan istənilən addımı dəstəkləyir. Biz “Tramp yolu”nun işləmə mexanizmi və detalları ilə bağlı daha çox məlumat gözləyirik”.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.