AZ

Neft müəssisələrinin istehsal imkanı azalan Rusiyadakı vəziyyət Qərbin iddia etdiyi qədər dəhşətli deyil

ain.az bildirir, Bizimyol portalına istinadən.

Gürcüstan və Rusiya Gürcüstanda neft emalı zavodunun istifadəyə verilməsindən sonra iqtisadi əlaqələri bərpa edirlər ki, bu da ölkənin ənənəvi yanacaq tədarükçülərindən asılılığını azaltmağa imkan verir. Reuters agentliyinin məlumatına görə, bu ay Rusiyanın "Rosneft" şirkəti Gürcüstanın Qara dəniz sahilində, Pulevo bölgəsində yerləşən yeni neft emalı zavoduna ilk neft yükünü göndərib. Kayseri tankeri Novorossiysk limanından 105.340 ton Siberian Light xam nefti çatdırıb. Bu, bu il fəaliyyətə başlayan neft emalı zavodunun inkişafına kömək edəcək. Neft emalı zavodunun ilkin gücü ildə təxminən 1,2 milyon ton və ya gündə təxminən 24.000 barel neftdir və bu güc 2028-ci ilə qədər 4 milyon tona çatdırılacaq.

2008-ci ildə Cənubi Osetiya və Abxaziya üzərində baş verən müharibədən bəri Rusiya ilə Gürcüstan arasında rəsmi diplomatik münasibətlərin olmamasına baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr artıb. Bu kontekstdə Gürcüstan Rusiya, Türkiyə və Azərbaycan kimi digər ölkələrdən yanacaq idxalından asılılığını azaltmağa çalışır. Neft emalı zavodunun açılışı ölkəyə yanacaq idxal xərclərini azaltmağa və daxili istehlak və ixrac üçün öz neft tədarükünü yaxşılaşdırmağa kömək edə bilər. Rusiya üçün bu layihə, xüsusən də ənənəvi ticarət yollarından istifadə etmək imkanını məhdudlaşdıran Qərb sanksiyaları qarşısında neft ixracı marşrutlarını şaxələndirmək strategiyasının bir hissəsidir. Gürcüstanla enerji sektorunda əməkdaşlıq, çətin siyasi mühitə baxmayaraq, hər iki ölkənin iqtisadi sabitliyinin artırılmasında mühüm addımdır.

Xatırladaq ki, Volqa bölgəsindəki ən böyük neft emalı zavodlarından biri yeni dron hücumu nəticəsində neft emalını dayandırıb. Bu, Novokuibışevskdəki neft emalı zavoduna bir ay ərzində ikinci ciddi ziyan vurur.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın xeyli neftayırma müəssisəsi hədəfə alınıb, xeyli obyektlər vurullub: “Bu hücumlar Rusiyanın neft müəssisələrinin istehsal imkanını xeyli azaldılıb və xeyli müəssisə zərər görüb. Bəziləri fəaliyyətini dayandırıb, bəziləri təmir olunub, bəzilərinə ciddi ziyan dəyib, bəzilərinin istehsal qabiliyyəti aşağı düşüb və buna görə də belə bir yanacaq çatışmazlığı ilə bağlı və s. mənbələrdə məlumatlar var. Xüsusilə Uzaq Şərqdə, Vladivastokda və Rusiyanın digər şəhərlərində çatışmazlığı ilə bağlı məlumatları eşidirik. Ancaq burada iki fakt var. Birincisi odur ki, müharibə ilə bağlı o qədər yalan, saxta xəbərlər yayılır ki, bunların nə qədər real olması, doğru olması ilə bağlı bizim əlimizdə konkret məlumat yoxdur. İkinci məsələ isə ondan ibarətdir ki, faktiki olaraq, vəziyyət Qərb tərəfinin və ya bəzi Qərb ekspertlərinin tərif etdiyi kimi deyil. Yəni Rusiyanın 40-50 faiz ümumi yanacaq istehsal sənayesi sıradan çıxarılıb, neftayırma müəssisələri. Bu, belə deyil. Ancaq Rusiyanın iddia etdiyi qədər də yaxşı deyil. Aydın məsələ ki, bu 40-50 faiz müəssisələrə zərbə endirilibsə, bunların içərisindən zərbə alanlar da var, almayanlar da var, çox zədələnən də var, az zədələnən də var. Mümkündür ki, ən azından 5-10 və ya 15-20 faiz həcmində, müvəqqəti də olsa, Rusiyanın istehsal dəyişikliyi müəssisələri ilə bağlı istehsal qabiliyyəti aşağı düşsün”.

Turab Rzayev

Turab Rzayev qeyd edib ki, bu vəziyyətin yanacaq qıtlığına gətirib çıxarıb, çıxarmayacağı da sual altındadır, çünki Rusiya il ərzində istehsal etdiyi məhsulun çoxunu ixrac edirdi və indiki halda hətta istehsal aşağı düşsə də, bu tam olaraq onu idxaldan asılı etməyəcək: “Yeni katastofik vəziyyət yaranıbsa, həddindən çox müəssisəyə eyni anda zərbə endirilibsə, ola bilsin ki, bəzi regionların təminatı üçün ətraf ərazilərdən idxal olduğunu görə bilərik”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
icma.az

1Mənbələr