AZ

Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir - Nazir

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxtərəflimünasibətlər yüksələn xətlə inkişaf edir.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıdakeçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərininsənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasınıngedişində bildirib.

“Son illər TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələnxətlə inkişaf edir ki, bu da ölkələrimizin iqtisadiyyatınaəhəmiyyətli töhfə verir. Azərbaycan bütün TDT üzv dövlətləri iləstrateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub”, – deyənazir bildirib.

Qeyd olunub ki, cari ilin doqquz ayı ərzində Azərbaycanın TDTölkələri ilə ticarət dövriyyəsinin artım dinamikası davam edib.Dövlət başçıları bu müsbət tendensiyanı daha da gücləndirməyihədəfləyiblər. Bu kontekstdə Azərbaycan türk dövlətləri iləiqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətinsadələşdirilməsi istiqamətində mühüm addımlar atır.

Nazir xatırladıb ki, hazırda Azərbaycan ilə Türkiyə arasındaPreferensial Ticarət Sazişi, eləcə də təşkilata üzv digər ölkələrləAzad Ticarət Sazişləri qüvvədədir.

Seçilən
55
2
az.trend.az

3Mənbələr