AZ

Millimizin İslam Oyunlarında rəqibləri bəlli olub

“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.

Apasport.az xəbər verir ki, reqlamentə əsasən, iştirakçı 8 komanda hər birində 4 komanda olmaqla iki qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə eyni qrupda mübarizə aparacaq.

B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal görüşləri noyabrın 9-da baş tutacaq.

Qızıl, gümüş və bürünc medal sahibləri isə noyabrın 11-də keçiriləcək final və üçüncü yer uğrunda oyunlardan sonra müəyyənləşəcək.

Parabadmintonçularımız AÇ-ni 2 gümüş medalla başa vurub - FOTO

III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazanıb

III MDB Oyunları: Azərbaycan badmintonçusu finalda

İbrahim Əliyev Avropa çempionatında finala yüksəlib

Parabadmintonçumuz Avropa çempionatının finalında: TARİXDƏ İLK DƏFƏ - FOTO

Seçilən
75
apasport.az

1Mənbələr