AZ

Prezident İlham Əliyev Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayırıb- SƏRƏNCAM

Bakı. Trend:

Yardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolu təmirolunacaq.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayışməntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunundağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisiməqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsaitqoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitinbölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkinolaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları DövlətAgentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilənməbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilənavtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olanmaliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlətbüdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərininbölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələlərihəll etmək tapşırılıb.

Seçilən
76
19
az.trend.az

10Mənbələr