AZ

Rusiya “Tramp yolu” barədə məlumat gözləyir

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Rusiya-Ermənistan dialoqunda Zəngəzurdan keçən “Tramp marşrutu” məsələsi ən yüksək səviyyədə qaldırılır”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Armenia” radiosuna müsahibəsində belə deyib. 

“Təbii ki, bu məsələ yüksək, ali səviyyədə dialoq çərçivəsində qaldırılır. Hər halda, bu mövzu gündəmə gəlməyə bilməz. Burada sizə Ermənistan rəhbərliyinin bu məsələnin yalnız ABŞ ilə müzakirə olunduğu barədə açıqlamalarını xatırlatmaq istərdim. Amma bu, vacib bir mövzudur və təbii ki, dialoqumuzda yer almaya bilməz”, - deyə rusiyalı diplomat qeyd edib. 

O, həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səsləndirilən əsaslı mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsinə və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir. ““Tramp marşrutu” adına gəlincə, onun funksiyası, mexanizmləri üzrə daha dəqiq məlumatlar gözləyirik. Gəlin, əvvəlcə bunun konkret şəkildə nə olduğunu anlayaq”,-deyə Kopırkin bildirib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
1
cebheinfo.az

2Mənbələr