AZ

Bu küçədə təmir işləri piyadalara maneə yaradır VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi Bakının ən sıx tıxac yaşanan ərazilərindən biridir. 

Avtosfer.az xəbər verir ki, sakinlərin sosial şəbəkələrdə paylaşdığı görüntülərdən də məlum olur ki, küçədə avtomobil axını demək olar ki, hər gün iflic vəziyyətinə düşür.

Vətəndaşların sözlərinə görə, küçənin bəzi hissələrində mağaza və obyektlərin qarşısı daşlarla və bardürlərlə bağlanaraq səkiləri genişləndiriblər. Nəticədə avtomobillərin hərəkət zolaqları daralıb, bu da artıq yüklənmiş küçədə vəziyyəti daha da ağırlaşdırıb.

Sürücülər bildirirlər ki, həmin ərazidə həm səhər, həm də axşam saatlarında uzunmüddətli tıxaclar yaranır. Bu hal nəinki nəqliyyat axınına, həm də ərazidə yaşayan və çalışan insanların gündəlik hərəkətinə ciddi çətinlik yaradır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
avtosfer.az

1Mənbələr