Bakı. Trend:
Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan islahatlar nəticəsindəhakimlərin seçilməsi prosesi xeyli sürətləndirilib. Əvvəllər buproses 2 il çəkirdi. Hazırda bu proses 1 il ərzində baş tutur.
Trend xəbərverir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərovparlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hakimlərin sayı artırılır:
“Hazırda 650 hakim fəaliyyət göstərir, gələn il bu rəqəmi 720-əartırmağa çalışırıq. Həmçinin, Məhkəmə-Hüquq Şurası nəzdindəhakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi təşkil edilib.Komitə tərəfindən hazırlanan qaydalar beynəlxalq standartlaraəsasən aparılan qiymətləndirilməni özündə ehtiva edir.
Bu qiymətləndirmə nəticəsində biz görürük ki, hansı hakimlərfəaliyyətində daha yaxşı nəticələr göstərir. Hakimlərinfəlaiyyətinin bütün istiqamətləri nəzərə alınır”.