AZ

Deputat İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azalmasına aydınlıq gətirib

Bakı. Trend:

Son günlər dövlət büdcəsinin 2026-cı il layihəsində İcbari TibbiSığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə azalmasıcəmiyyətdə müəyyən suallar və narahatlıqlar doğurub. Gəlin buməsələyə yalnız rəqəmlərlə deyil, prosesin iqtisadi və sistembaxımından məntiqi ilə yanaşaq.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentinbugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, bu azalma səhiyyəyə ayrılan ümumivəsaitin azalması demək deyil. Əksinə, 2026-cı il üçün səhiyyəsahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yənitəxminən 3 faizlik artım nəzərdə tutulur.

“İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılanvəsaitin bir qədər azalması sistemin zəifləməsi deyil, onun maliyyəmüstəqilliyinə keçid mərhələsi deməkdir. Bu, planlı bir keçiddir.Çünki sığorta mexanizmi artıq yalnız dövlətin deyil,işəgötürənlərin və iqtisadi aktiv vətəndaşların ödədiyi haqlarhesabına formalaşan bir sistemə çevrilməkdədir. Dünyanın heç biryerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabınauzunmüddətli davamlı ola bilməz. İndi məqsəd, fondun özdaxilolmaları hesabına daha dayanıqlı və çevik şəkildə fəaliyyətgöstərməsidir.

Bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır. Əksinə,məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabərəlçatanlığını artırmaqdır. Fondun maliyyə bazası genişləndikcə buxidmətlərin sayı da artır.

Dördüncü vacib məsələ – ictimai müzakirələrdə tez-tez səslənənsual:
“İşsiz və ya qeyri-formal çalışan vətəndaş sığortadan necəyararlanacaq”? Burada prinsip çox aydındır. Aztəminatlı və işsizşəxslərin tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır. Eynizamanda, məqsəd əmək bazarını leqallaşdırmaqdır. Yəni hər birişləyən şəxs rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial,həm də tibbi təminat hüquqlarını təmin edir”, - deyə deputatfikrini tamamlayıb.

Seçilən
150
az.trend.az

1Mənbələr