Azərbaycan əsilli futbolçu Ülvi Babayevin çıxışl Rusiya və Azərbaycanda gündəm mövzusuna çevrilib.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi “Dinamo”nın heyətində “Krylya Sovetov”a qarşı het-trik etməklə diqqət mərkəzinə düşüb. Onun “Transfermarkt”dakı dəyəri 350 min avrodur.
Babayev daha əvvəl Rusiya U-15 və U-16 millilərində çıxış edib. Məlumata görə, AFFA yaxın vaxtlarda istedadlı futbolçuya Azərbaycan millisində oynamaq üçün təklif göndərə bilər.