Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) 2025–2026-cı illər üçünyenilənmiş Fəaliyyət Planı türk dövlətlərinin texnolojiinteqrasiyasının əsasını formalaşdırır.
Trend xəbər verirki, bunu TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilənTürk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm,texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişindəbildirib.
O qeyd edib ki, yenilənmiş fəaliyyət planı üzv ölkələr arasındasüni intellekt, rəqəmsal və “yaşıl” texnologiyalar,standartlaşdırma, kosmik tədqiqatlar sahəsində əməkdaşlığı,həmçinin kiçik və orta biznesin dəstəklənməsini gücləndirməyəyönəlib.
Ömüraliyav vurğulayıb ki, nazirlər səviyyəsində görüş 12-ci TDTSammitinin Qəbələdə uğurla baş tutmasından sonra keçirilir və türkdövlətlərinin strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya doğrumühüm addımını təşkil edir. Keçən il İstanbulda keçirilən ilkgörüşdən bəri sənaye, elm, texnologiya və innovasiyalar sahəsindəəməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
“Əldə olunan nəticələr arasında 2024-cü il Fəaliyyət Planınınicrasında işçi qrupların və alt qrupların irəliləyişi, süniintellekt və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi,Türkiyə və İstanbulda “Technofest”, Özbəkistanda isə “Innoweek”kimi beynəlxalq texnologiya festivalları vasitəsilə innovativekosistemin inkişafı yer alır”, – deyə o bildirib.
O, TDT-yə üzv ölkələrin intellektual mülkiyyət müəssisələrininrəhbərlərinin Bişkekdə keçirilən ilk görüşünü və intellektualmülkiyyətin qorunması və innovasiyaların dəstəklənməsi üzrə əsasregional layihə kimi Ümumi Türk Patent Təşkilatının (CTPO)yaradılması təşəbbüsünün irəlilədilməsini vacib hadisəadlandırıb.