Çin və Rusiya texnoloji mütəxəssisləri şirnikləndirmək üçün Silikon Vadisində “seks casuslarından” istifadə edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşrin məlumatına görə, Çin və Rusiya texnologiya mütəxəssislərini cəzb etmək, hətta onlarla evlənmək və uşaq sahibi olmaq üçün cazibədar qadınları Silikon Vadisinə göndərir.
Çinə sərmayə qoyan Amerika şirkətləri üçün risklərin qiymətləndirilməsi ilə məşğul olan “Pamir Consulting” konsaltinq firmasının baş tədqiqatçısı Ceyms Malvenon bildirib ki, bu yaxınlarda xarici agentlərin hədəfinə çevrilib.
“Mən eyni tipli cazibədar gənc çinli qadınlardan çox mükəmməl LinkedIn sorğuları alıram. Onlar son vaxtlar xüsusilə fəaldırlar”, – Malvenon deyib.
30 ildir ABŞ-də casusluğu araşdıran Malvenon əlavə edib ki, “bal tələsi” taktikası Amerika üçün “əsl zəiflikdir”, çünki ölkənin özü “qanun və mədəniyyətinə görə” belə üsullardan istifadə etmir.
Onun sözlərinə görə, rəqiblər “məsələ cinsi müharibəyə çatanda asimmetrik üstünlük” əldə edirlər.
“The Times” xatırladıb ki, ötən həftə Virciniyada Çin sərmayəsinin riskləri ilə bağlı keçirilən biznes-konfransda hadisə barədə bütün məlumatlara malik iki cazibədar çinli qadın halda tədbirə soxulmağa çalışıb, lakin onlar içəri buraxılmayıb.
İndi Silikon Vadisi təsisçilərinə xarici sərmayələrdən əl çəkməyə kömək edən keçmiş əks-kəşfiyyatçı aerokosmik şirkətdə işləyən və amerikalı həmkarı ilə evlənən “gözəl” rus qadınla bağlı aparılan istintaq işindən danışıb.
Məlum olub ki, rus qadını gəncliyində modellik akademiyasında oxuyub, sonra “Rus yumşaq güc məktəbi”ni ziyarət edib. Bundan sonra on il yoxa çıxıb və yenidən ABŞ-də kriptovalyutalar üzrə ekspert kimi peyda olub.
Sonra o, hərbi-kosmik innovasiya cəmiyyətinin yuxarı eşelonlarına sızmağa cəhd edib, bu zaman onun zavallı əri heç bir şeydən şübhələnməyib.
Xatirə SADİQ