AZ

Ağazaryan: Ermənilər xəstədir

BAKI, 24 oktyabr. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsini parçalaya bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından xaric edilmiş deputat Ovik Ağazaryan deyib.

“Biz də, kilsə rəhbərləri də bilirlər ki, çatışmazlıqlar var. Baş nazir bunu beş il əvvəl bilirdi, bəs niyə o zaman heç bir tədbir görülmədi? Çünki o zaman buna ehtiyac yox idi, indi isə var.

Fikrimcə, ən yaxşı halda Paşinyan kilsəni parçalamağa, diasporanı yenidən bölməyə nail olacaq”, - o qeyd edib.

Ağazaryan həmçinin qeyd edib ki, erməni cəmiyyəti də, Nikol Paşinyan da xəstədir:

“Ola bilsin, sindromlar ona az təsir edib, çünki o güclü bir şəxsiyyətdir”.

Seçilən
115
3
teleqraf.com

4Mənbələr