Ekvador prezidentinə hədiyyələrdə zəhərli maddələr tapılıb
Ajans.az xəbər verir ki,bu barədə Ekvador prezidenti Daniel Noboа CNN-ə verdiyi müsahibədə məlumat verib. “Çox yüksək konsentrasiyalarda üç müxtəlif kimyəvi maddə aşkar edilib. Bu maddələrin eyni məhsulda bu səviyyədə olması praktik olaraq mümkün deyil. Bu, qəza ola bilməz,” – deyə Noboa bildirib. Prezidentin sözlərinə görə, təhlükəli maddələr onun Los Rios əyalətinə səfəri zamanı təqdim edilən şokolad və mürəbbə nümunələrində aşkarlanıb. “Cinayət işi artıq qaldırılıb. Biz bütün sübutları təqdim etmişik. Ekspertiza aparılmalı və hüquqi prosedur tam şəkildə izlənilməlidir,” – deyə Ekvador prezidenti əlavə edib.