AZ

"Burada söhbət insan taleyindən gedir" - Ziyafət Əsgərov

"Xeyli miqdarda və külli miqdarda anlayışları minimum əmək haqqı ilə əlaqələndirilir. Yeri gəlmişkən, bu məsələ ilə bağlı araşdırmalar çoxdur. Baxın, il ərzində burada inflyasiyanın vəziyyəti də nəzərə alınmalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bugünkü plenar iclası zamanı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, inflyasiya aşağı da enə bilər, yuxarı daa qalxa bilər və belə olan halda bu məbləğin aşağı-yuxarı enməsi məsələsi var.

"Belə olan halda, konkret cinayəti var, konkret cinayət təhlükəsi var. Müstəntiq məsələni necə tövsiyə edəcək? Bax, burada anlaşılmazlıq yaranacaq. Yəni, konkret miqdar olmadığına görə, o faizdən oynadığına görə, burada anlaşılmazlıq meydana çıxır. Ona görə burada, yenə deyirəm söhbət insan taleyindən gedir. Ona görə bir Cinayət Məcəlləsində və digər hüquqi sənədlərdə məsələnin həmişə qəti rəqəmlə göstərilir", - deyə o vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Seçilən
68
1
redaktor.az

2Mənbələr