AZ

Ankara Trampla Putini görüşdürmək əzmindədir

AzVision.az xəbər verir ki, Körfəz ölkələrinə səfərdən qayıdarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Rusiya prezidentlərinin görüşü, habelə İstanbul danışıqlarının perspektivləri barədə jurnalistlərə açıqlamasında belə deyib.

“Rusiya-Ukrayna müharibəsinin həlli müstəvisində sülh prosesində Türkiyə və İstanbulun əhəmiyyəti bir daha aydın oldu. Biz istənilən vaxt danışıqları təşkil etməyə hazırıq. Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur”,- Türkiyə lideri vurğulayıb.

Tramp-Putin görüşü ləğv olundu
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bu müharibənin sona çatmasına kömək edəcək dialoqa inanır.Türkiyə əzəldən bunun tərəfdarı olub, bunun üçün çalışıb və ədalətli sülhün mümkünlüyünü bəyan edib.

- Bizim hər iki tərəflə yaxşı münasibətimiz var və biz hər ikisinin etimadını qazanmış ölkəyik. Bu, bizə sülh yolunda üstünlük verir və biz bu vəziyyətdən bəşəriyyətin xeyrinə istifadə etməkdə qərarlıyıq”, - Türkiyə prezidenti xatırladıb.

Xatırladaq ki, oktyabrın 23-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
55
1
azvision.az

2Mənbələr