AZ

“Fürsətləri dəyərləndirə bilmədik"

UEFA Avropa Liqasının ümumi mərhələsində keçirilən matçda İngiltərənin “Aston Villa” klubu səfərdə Niderlandın "Qo Ehed İqlz" komandasına 1:2 hesabı ilə uduzub.

90deqiqe.Az-ın məlumatına görə, Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri görüşdən sonra klubun mətbuat xidmətinə açıqlama verib:

“Komandam oyuna yaxşı başladı, hesabı açdıq və kifayət qədər qol epizodları yaratdıq. Təəssüf ki, imkanlarımızı dəyərləndirə bilmədik. Rəqib isə öz şanslarından yararlandı və yaxşı müdafiə olundu. Səfər oyunları hər zaman çətin olur. Bu məğlubiyyət bizi məyus etdi.”

“Aston Villa” növbəti görüşünü UEFA Avropa Liqasının dördüncü turunda doğma meydanda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna qarşı keçirəcək.

Seçilən
96
90deqiqe.az

1Mənbələr