AZ

Məsud Pezeşkian: Urmiyanı İranın Parisi ndən Əfqanıstana çevirmişik

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Urmiya bir vaxtlar "İranın Parisi" olub, indi isə Əfqanıstana çevrilib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Pezeşkian bunu Qərbi Azərbaycan ostanında ictimai və mədəni fəallarla görüşündə bəyan edib.

"Urmiya bir vaxtlar "İranın Parisi" idi, indi görün biz onu nə hala salmışıq, onu Əfqanıstana çevirmişik".

İran Prezidenti Urmiyanın Əfqanıstana çevrildiyini deməklə nəyi nəzərdə tutduğunu açıqlamasa da, bir sıra media fəalları onun sözlərini Əfqanıstana qarşı təhqir hesab ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
2
oxu.az

3Mənbələr