AZ

Tramp Kanada ilə ticarət danışıqlarını “saxtakar” reklama görə dayandırıb

Ajans.az xəbər verir ki,müvafiq açıqlama Trampın Truth Social sosial şəbəkəsindəki paylaşımında yer alıb. “Ronald Reyqan Fondu bildirib ki, Kanada Ronald Reyqanın tarifləri tənqid etdiyi saxta reklamdan qanunsuz şəkildə istifadə edib. Reklam 75 milyon dollara başa gəlib və məqsəd ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir göstərmək olub,” – deyə Tramp yazıb. ABŞ Prezidenti əlavə edib ki, tariflər ölkənin milli təhlükəsizliyi və iqtisadi sabitliyi üçün vacibdir, buna görə də “bu zərərli hərəkətlərə cavab olaraq Kanada ilə bütün ticarət danışıqları artıq dayandırılıb.” Əvvəlcə Kanada mediası xəbər vermişdi ki, Ontario əyaləti Tramp administrasiyasının Kanadaya tətbiq etdiyi tariflərin ləğvi məqsədilə reklam kampaniyasına başlayıb. Kampaniyada Ronald Reyqanın azad ticarət prinsiplərini müdafiə etdiyi çıxışlardan fraqmentlər yer alıb. CTV televiziya kanalının məlumatına görə, Ontario qubernatoru Duq Ford bu kampaniya üçün ən azı 75 milyon Kanada dolları (təxminən 53,4 milyon ABŞ dolları) vəsait ayırmağı planlaşdırır. Ronald Reyqan ABŞ-ın ən hörmətli və uğurlu respublikaçı prezidentlərindən biri hesab olunur.

 

Seçilən
75
Ajans.az

1Mənbələr