Rusiya ordusunun Xersona endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artıb.
APA "Unian"a istinadən xəbər verir ki, hücum nəticəsində daha bir qadının ölümü təsdiqlənib.
Ölənlərin sayı 3-ə çatıb, xəsarət alanların sayı isə 14-dür.
***
11:24
Səhər saatlarında Rusiya ordusunun Xersona endirdiyi hava zərbələri nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Unian” vilayətin hərbi administrasiyasına istinadən məlumat verib.
Məlumata görə, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var.