Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" beynəlxalq konfransın panel sessiyasında bəyan edib ki, Azərbaycan sosial sahədə elektron keçidi təmin edə bilib. "İşsiz şəxslərin vakansiyaya çıxışı, onların işəgötürənlərlə əlaqəsi gücləndiriləcək.
Vurğulamaq istəyirəm ki, Azərbaycanda əmək müqavilələrin 90%-i elektronlaşdırılıb. Reabilitasiya, əlillik, sosial-psixoloji sahədə elektronlaşmadan, gələcəyin aktual peşələrinin müəyyənləşdirilməsində süni intellektdən istifadə üçün geniş imkanlarımız var".
Mətləb