ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.






![]()
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur regional təhsil idarəsinin Yevlax şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 78 nömrəli tam orta məktəbində 23 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiya fəalları ilə görüş keçirilib.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla həyata keçirilir. Sədr Həbib Misirov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanan Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizdə mühüm yer tutur. Bu ənənə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və partiya ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdədir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin mühüm tarixi-siyasi əhəmiyyətindən danışıb. Bildirib ki, cari il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30, Vətən müharibəsində qazanılan Zəfərin isə 5 illiyi ilə yadda qalır. Məktəbin direktoru, Ərazi Partiya Təşkilatının sədri Nazim Orucov, müəllimlərdən Mehrəngiz Məmmədova, şəhid qardaşı Şəmistan Musayev, Nilufər Quliyeva, Leyla Ələsgərli çıxış edərək əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildiriblər. Çıxış edənlər Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təntənəsi olduğunu vurğulayıblar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və bir qrup partiya fəallarına fəxri fərmanlar təqdim edildi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.