AZ

Əliyev və Putin telefonla danışdı – bu məsələlər müzakirə olundu

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Açıqlamada qeyd olunur ki, hər iki lider qarşılıqlı əməkdaşlığın gələcək inkişafında maraqlı olduqlarını təsdiqləyiblər.

Musavat.com

Seçilən
114
2
musavat.com

3Mənbələr