AZ

İsrail dronu Livanın cənubunda avtomobili vurdu

ain.az bildirir, Avtosfer portalına istinadən.

Livanın cənubundakı Tul bölgəsində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) avtomobili hədəfə alıb.

Avtosfer.az xəbər verir ki, Livan mənbələrinin məlumatına görə, hücum nəticəsində bir nəfər həlak olub.

Hazırda hadisə yerində təhlükəsizlik qüvvələri və xilasedicilər işləyir.

İsrail tərəfi hələlik insidentlə bağlı rəsmi şərh verməyib.

Hadisənin İsrail–Livan sərhədində artan gərginlik fonunda baş verməsi regional müşahidəçilər tərəfindən riskli eskalasiya siqnalı kimi qiymətləndirilir.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
avtosfer.az

1Mənbələr