AZ

İlham Əliyev və Vladimir Putin arasında telefon söhbəti oldu

Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 9-da Düşənbədə MDB sammitində baş tutan söhbətdən sonra ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib. Onlar ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və enerji, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər", - məlumatda qeyd olunub. Dominos pizza

Bundan başqa, regional əməkdaşlığın bir sıra aspektləri və beynəlxalq vəziyyət müzakirə edilib.

"Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - mətbuat xidməti əlavə edib.


Telegram kanalımız
Seçilən
55
yenisabah.az

1Mənbələr