Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyə Respublikasının Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər. pizza hut
Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
Telegram kanalımız