AZ

Lerikdə sahibsiz it 47 yaşlı kişini dişlədi

LERİK, 24 oktyabr. TELEQRAF

Lerikdə sahibsiz it 47 yaşlı kişini dişləyib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lerik rayonunun Nuravud kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Mirzəyev Elçin Şirinoğlan oğlu küçədən keçərkən sahibsiz it onun baldır nahiyyəsindən dişləyib.

Nəticədə yaralı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə vaksin vurulub.

Seçilən
94
teleqraf.com

1Mənbələr