Bakı. Trend:
Oktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir PutinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verir ki,Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət BaşçılarıŞurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşündavamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinimüzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişafetdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrindəbirgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarınıtəsdiqləyiblər.
Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinəvə beynəlxalq vəziyyətə toxunulub.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədərazılıq əldə olunub.