AZ

Azərbaycanda bu 5 şirkətin səhmləri dövriyyədən çıxarılır

BAKI, 24 oktyabr. TELEQRAF

“Vivatech Project and Construction” QSC, “STT Qrup Azərbaycan” QSC, “Sapphire Co” QSC və “Stels” QSC təşkilati-hüquqi formalarının Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi barədə qərar qəbul ediblər.

Teleqraf xəbər verir ki, bu səbəbdən hər bir şirkət üzrə ümumi dəyəri 2000 manat olan, nominal dəyəri 20 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmlər dövriyyədən çıxarılır.

Həmçinin “N-Oil Management” QSC ləğv prosesində olduğundan, ümumi dəyəri 2000 manat, nominal dəyəri 10 manat olan 200 ədəd adi, adlı, sənədsiz səhmlərin dövriyyədən çıxarıldığını elan edib.

Seçilən
78
teleqraf.com

1Mənbələr