GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Siz xalqı ağılsız hesab edirsiniz. Elə buna görə də seçilmirsiniz, səs qazanmırsınız. Bu, utancvericidir! Siz sübut etdiniz ki, dövlət idarəçiliyi alətlərinə sahib olmadığınız zaman sizin effektivliyiniz sıfra bərabərdir”.
Globlinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, hakim Mülki Müqavilə Partiyası müxalifəti tam şəkildə məğlub edib:
“Biz hamınızı məğlub etdik, siz — yoxa çıxmaqda olan növsünüz”.
Simonyan əlavə edib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, “Daşnaksütyun” partiyası, eləcə də Respublika Partiyasının bəzi üzvləri 2018-ci il inqilabını dəstəkləyiblər:
“Bu, danılmaz faktdır. Həmin şəxslərin kim olduğunu Serj Sərkisyan çox yaxşı bilir”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.