AZ

Mirko Novak: Azərbaycan Orta Dəhlizin inkişafında lider mövqeyə malikdir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Berlin, 24 oktyabr, AZƏRTAC

Bu gün bir daha aydın oldu ki, logistika sektorunun diqqətini cəlb etmək üçün Orta Dəhlizin imkanlarını və potensialını təqdim etmək vacibdir. Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin səfirləri öz ölkələri barədə məlumat verdilər, böyük potensialın mövcud olduğunu inandırıcı şəkildə nümayiş etdirdilər. Onlar bunu çox uğurla həyata keçirirlər və inanıram ki, bu iş belə sürətlə davam edərsə, Orta Dəhlizin inkişafı üçün zəruri investisiyaların cəlb olunmasına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın “LUNO-Group” şirkətinin baş icraçı direktoru və Federal Logistika Birliyinin (BVL) Avrasiya Bölməsinin rəhbəri Mirko Novak media nümayəndələrinə açıqlaması zamanı deyib.

Azərbaycanın Orta Dəhliz üzərində açar mövqeyə malik olduğunu deyən M.Novak ölkəmizin bu dəhlizin inkişafı üzərində ciddi çalışdığını, onun tranzit qabiliyyətinin artırılması üçün yeni imkanlar yaratdığını, o cümlədən cənub istiqamətində Zəngəzur dəhlizinin inkişafına investisiya yatırdığını qeyd edib. “Biz daha sürətli və daha geniş fəaliyyət göstərməliyik. Bu, həm də rəqabətqabiliyyətlilik məsələsidir. Burada məsuliyyət əsasən Azərbaycanın üzərinə düşür və görürük ki, ölkə bu sahədə çox fəal işlər görür, dəhlizin inkişafında lider mövqeyə malikdir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
2
azertag.az

3Mənbələr