AZ

Taxtakörpü su anbarında 1 nəfərin meyiti tapılıb

BAKI, 24 oktyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
63
42
teleqraf.com

10Mənbələr