Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Yunanıstanarasında ticarət əməliyyatlarının həcmi 658,6 milyon ABŞ dollarıtəşkil edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 183,4 milyon ABŞ dolları və ya 38,6% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana630,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilineyni dövrü ilə müqayisədə 200,6 milyon ABŞ dolları və ya 46,7%çoxdur.
Eyni zamanda hesabat dövründə Yunanıstan Azərbaycandan 268,5milyon ABŞ dolları dəyərində 500,7 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları idxal edib. Bu, ötən ilineyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dollarıvə ya 85,4%, həcm baxımından isə 272,5 min ton və ya 2,2 dəfəçoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarındaYunanıstandan Azərbaycana 28,5 milyon ABŞ dolları dəyərində idxaləməliyyatları icra olunub ki, bu da illik müqayisədə 17,2 milyonABŞ dolları və ya 37,7% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8dəfə azdır.