AZ

Almaniya kansleri Türkiyəyə səfər edəcək

Almaniya kansleri Fridrix Merts oktyabrın 29-da Türkiyəyə səfər edəcək.Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsünün müavini Sebastian Hill Berlində keçirilən mətbuat konfransında danışıb."Baş nazir Fridrix Merts oktyabrın 29-da Türkiyəyə səfər edəcək, oktyabrın 30-da isə Prezident Ərdoğanla görüşəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlər və xarici siyasət məsələləri, o cümlədən iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq müzakirə olunacaq",- Hill qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
71
missiya.az

1Mənbələr