AZ

Ukraynada qatarda qumbara partladıldı - Ölən var

Ukraynanın Jitomir vilayətində qatarda partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ovruç şəhərində baş verib.  Belə ki,  naməlum şəxs qatarda qumbara partladıb, nəticədə bir neçə nəfər ölüb və yaralanıb.

"Hadisə yerində Jitomir vilayətinin Baş Polis İdarəsinin istintaq-əməliyyat qrupları, Ovruç şəhər 1 saylı polis bölməsi, Korosten rayon polis idarəsi işləyir. Hadisənin bütün şəraiti müəyyənləşdirilir", - Ukrayna  mətbuatı qeyd edib. 

Seymur Əli 

Seçilən
79
50
unikal.az

10Mənbələr