AZ

Simonyan Sərkisyanı ələ saldı: Şahmatı nərd kimi oynayır

BAKI, 24 oktyabr. TELEQRAF

“Serj Sərkisyandan soruşun ki, niyə Tiqran Abramyan, Hayk Mamicanyan və ya Armen Aşotyanı baş nazirliyə namizəd kimi irəli sürmədi, irəli verdiyi o gənci (Davit Ambarsumyan) kim tanıyırdı?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Davit Ambarszumyanın həbsi ilə bağlı bildirib.

Spikerin sözlərinə görə, Ambarsumyan haqqında məlum olan yeganə şey odur ki, etiraz aksiyası zamanı insanlara hücum edib.

“Serj Sərkisyan özünü şahmatçı kimi təsəvvür edir, amma pis şahmat oynayır. Şahmatı nərd səviyyəsində oynayır. Siyasi baxımdan Davit Ambarsumyan kimə lazımdır?”.

Jurnalistin sualına cavab verərkən o, qeyd edib ki, oğurluq, qətl və digər cinayətlərdə şübhəli bilinən şəxslər Sərkisyanın Respublika Partiyası və ya “Daşnaksütyun”a üzv olmaq üçün ərizə yazsınlar:

“Sonra da bunu siyasi təqib kimi təqdim edin”.

Xatırladaq ki, bundan əvvəl Masis şəhərinin meri Davit Ambarsumyan 2018-ci ilin aprelində keçirilən dinc aksiya zamanı insanlara hücum ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Hazırda Masis meri ölkə xaricindədir, oktyabrın 28-də qayıdacaq.

Seçilən
80
2
teleqraf.com

3Mənbələr