AZ

İlham Əliyevlə Putin arasında telefon danışığı olub - YENİLƏNİB

Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə saat 13:00 radələrində Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb. Mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub. R.Əmənov ətrafdakıların köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq o, reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
48
avtosfer.az

1Mənbələr