Keçmiş İstanbul meri casusluq ittihamı ilə istintaqa cəlb olunub
Ajans.az xəbər verir ki,Habertürk-ə istinadən xəbər verir ki, İmamoğlunun keçmiş seçki kampaniyası meneceri Necati Özkan və Tele 1-in baş redaktoru Merdan Yanardağ də istintaqa cəlb olunub. 24 oktyabr səhəri Tele 1-in ofisində axtarışlar aparılıb, Yanardağ saxlanılıb, həmçinin onun evində də axtarışlar keçirilib və sübutlar müsadirə edilib. Müstəntiqlər əvvəlki araşdırmalar əsasında hesab edirlər ki, keçmiş İstanbul meri, Özkan və Yanardağ digər ölkələrə casusluq etməkdə və varlanmaq məqsədilə cinayətkar təşkilat yaratmaqda şübhəli bilinirlər. İstintaq zamanı əldə edilən materiallar arasında məxfi hərbi məlumatlar və xarici pasportların fotoşəkilləri də yer alıb. Hal-hazırda İmamoğlu korrupsiya ittihamı üzrə həbsdədir və yeni casusluq istintaqı çərçivəsində dindiriləcək.