AZ

Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib (FOTO)

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində Avropanın müxtəlif ölkələrindənpeşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatıkeçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya vəMacarıstandan olan boksçular gərgin mübarizə aparıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çempionatın əsasqarşılaşması Maqdeburq şəhərində təsis edilən Ulu Öndər HeydərƏliyev adına Dünya Boks Komitəsinin (WBCA) dünya kəməri uğrunda baştutub. Həlledici döyüşdə almaniyalı Yastin Şmager macar Ruben Romaiilə qarşılaşıb.

O, doqquzuncu raundda rəqibini nokdaunla məğlub edərək WBCA-nınorta çəki dərəcəsi üzrə dünya kəmərinə sahib olub.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitənin dəstəyi iləfəaliyyət göstərən Diaspor Boks Liqasının (DBL) rəhbəri YaşarNiftəliyev mükafatlandırma mərasimində bu nüfuzlu turnirin 18Oktyabr - Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin rəmziməna daşıdığını vurğulayıb.

Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ciildə Almaniyanın Maqdeburq şəhərində Yaşar Niftəliyev və Karl HeinsKräftın təşəbbüsü ilə təsis olunub. Təşkilatın məqsədi Ulu ÖndərHeydər Əliyevin idmanla bağlı tövsiyələrini həyata keçirmək,müxtəlif ölkələrdə yaşayan azərbaycanlı idmançıları bir arayagətirmək, onların digər millətlərdən olan həmkarları ilə dostluqəlaqələrini möhkəmləndirmək, eləcə də Ümummilli liderin adınıdaşıyan kəmərləri dünyanın ən nüfuzlu boks mükafatları sırasınaçıxarmaqdır.

Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Seçilən
47
az.trend.az

1Mənbələr