AZ

Ukraynada qatarda partlayış: 5 nəfər həlak oldu

Ukraynanın Jitomir vilayətində bir kişi qatarda qumbara partladıb, dörd nəfər və cinayətkarın özü ölüb.

Yenisabah.az İnterfax-Ukraina-ya istinadla xəbər verir ki, hadisə Ovruç şəhərində sənədlərin yoxlanılması zamanı baş verib.

"Kişi haraya və nə üçün getdiyini izah edə bilməyib. Sərhədçi qadın ondan çıxmasını xahiş edib, bundan sonra kişi qumbaranı partladıb", - mənbə bildirib. Sezar pizza

Partlayış nəticəsində cinayətkarın özü, sərhədçi qadın və qatarın daha üç sərnişini həlak olub. Hadisə yerində polis əməkdaşları və istintaq-əməliyyat qrupları işləyir.

Hüquq-mühafizə orqanlarından rəsmi məlumat hələ ki açıqlanmayıb.


Telegram kanalımız
Seçilən
94
yenisabah.az

1Mənbələr