AZ

Nikol Ermənistanı ləğv etmək istəyir - Ağazaryan

BAKI, 24 oktyabr. TELEQRAF

“Baş nazir Nikol Paşinyan Üçüncü Ermənistan Respublikasını ləğv etmək istəyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından xaric edilmiş deputat Ovik Ağazaryan deyib.

“Nikol Üçüncü Respublikanı ləğv edib, Dördüncü Respublika yaratmaq istəyir”, - o qeyd edib.

Ağazaryanın fikrincə, baş nazirin kilsə və “Daşnaksütyun” (terror təşkilatı) əlayehinə kampaniyası bununla bağlıdır. Deputat əlavə edib ki, bu məqsədlə də katolikos II Qaregin öz vəzifəsindən uzaqlaşdırılmalıdır.

“Üçüncü Ermənistan Respublikası” Ermənistanın 1991-ci ildən başlayan müstəqillik dövrü ilə əlaqəlidir. Nikol Paşinyan Dörcünü Respublikanı da elan edib. Bu isə onun hakimiyyəti dövründə qurulana aiddir.

Seçilən
103
teleqraf.com

1Mənbələr